Qadin.NET / Zəncəfilin faydası haqqında

Zəncəfilin faydası haqqında

 

Zəncəfilin faydası haqqında

 

Zəncəfil mədə bulanması və qusmalara qarşı çox yaxşı çarədir. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir. Yola çıxmazdan yarım saat əvvəl ağıza alınan 1 qram zəncəfil maşın tutmalarının qarşısını almaqda əla vasitə hesab edilir.

Zəncəfilin digər faydaları:

• Mədə bulanmasının qarşısını alır.

• Qadınlarda dövrü spazmları aradan qaldırır.

• Qanda xolesterolu aşağı salır.

• Soyuqdəymə və qrip zamanı müalicəedici xassələrə malikdir.

• İltihab əleyhinə özəlliklərə malikdir və güclü təbii ağrıkəsici təsir göstərir.

• Migren zamanı qan damarlarının iltihablaşmasına və ağrıya səbəb olan prostaqlandinin inkişafını dayandıraraq xəstəliyi yüngülləşdirir.

• Aparılan araşdırmalar yumurtalıq və yoğun bağırsaq xərçəngi zamanı xərçəng hüceyrələrinin böyüməsinə mane olduğunu və ya tamamilə məhv etdiyini göstərir.

trend.az

7 aprel 2014
GO BACK