2011-ci ilin yekunları üzrə Cənubi Koreya paytaxtının "İnçhon" (İncheon, beynəlxalq kodu IIA) beynəlxalq aeroportu yeddinci dəfə dalbadal dünyanın ən yaxşı aeroportu elan edilib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentiliyi Cənubi Koreyanın Dövlət Əraziləri və Dəniz Məsələləri Nazirliyinə istinadən xəbər verib.Koreya Respublikasının əsas hava darvazasını Beynəlxalq Aeroportlar Şurası servisin keyfiyyətinə görə illik məruzəsində layiqincə qiymətləndirib. "Yeddi il dalbadal dünyanın ən yaxşı aeroportu adını qazanmaq onun 35 minlik işçisinin hamısının göstərdiyi səy və hökumət tərəfdən hərtərəfli dəstək olmadan qeyri-mümkündür", - Koreya nazirliyinin nümayəndəsi bildirib.İnçhon beynəlxalq aeroportu ildə 25-dən 40 milyon nəfərədək sərnişini qarşılayıb yola salmaq qabiliyyətinə malik aeroportlar arasında da ən yaxşısı olub. İldə 40 milyon aviasərnişinə xidmət edən iri aeroportlar arasında isə Sinqapurun "Çangi" hava limanı ən yaxşı aeroport elan edilib.
Mənbə: Trend.Az