Müntəzəm şəkildə yaşıl çay içən yaşlı adamlar daha sərbəst və müstəqil olmaları ilə fərqlənirlər. Yapon mütəxəssislərin apardıqları araşdırmalara görə, bu fakt bir tərəfdən bu qrupdan olan adamların həyat tərzi, digər tərəfdən isə yaşıl çayın tərkibindəki kimyəvi birləşmələrlə əlaqələndirilir. Trend-in məlumatına görə, bu barədə ABC News xəbər verir.Məlumdur ki, yaşıl çayın tərkinibində antioksidantların çoxlu sayda konsentrasiyası mövcuddur. Bu birləşmələr orqanizmi xəstəliklərin inkişafına yol açan zədələnmiş hüceyrələrdən müdafiə etməyə qadirdirlər. Toxoku Universitetindən Yasutake Tomata son tədqiqatı zamanı həmkarları ilə birlikdə yaşıl çayın iş qabiliyyətini saxlamağa təsirini anlamaq üçün üç il ərzində təxminən 14 min yaşlı adamı (65 yaşında və yuxarı) müşahidə edib.Məlum olub ki, hamıdan daha çox yaşıl çay içən adamlar digərlərinə nisbətən funksional pozuntulardan daha az əziyyət çəkir və ya gündəlik həyatda vanna qəbul etmək kimi adi işləri yerinə yetirməkdə çətinlik çəkmirlər.Belə adamlar həm də nadir hallarda siqaret çəkir, daha yaxşı təhsilə malik olur, çoxlu sayda dostları və ailə üzvləri olur, ürəklə bağlı problemləri az olur və sosial aktivlikləri ilə fərqlənirlər. Müqayisə üçün qeyd edək ki, gündə azı 5 fincan çay içən adamlarda iş bacarığının itirilməsinin inkişafı təhlükəsi üçdə bir dəfə azalır. 3-4 fincan içənlər isə bu riski 25 faiz azaldırlar.
Mənbə: Milli.Az