Qadin.NET / Azərbaycanda hava yenidən kəskin dəyişəcək

Azərbaycanda hava yenidən kəskin dəyişəcək

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.Onun sözlərinə görə, aprelin 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 6-da hava yağıntılı olacaq, bəzi yerlərədə sulu qar yağacaq, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü şimal-qərb küləyi əsəcək.
Aran rayonlarında havanın tempreturu gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır.

Mənbə: Milli.Az

6 aprel 2014
GO BACK