Qadin.NET / Twitter-də "smaylik"lər peyda oldu

Twitter-də "smaylik"lər peyda oldu

Populyar Twitter mikrobloqlar xidmətinin tərtibatçıları elan ediblər ki, masaüstü versiyanın istifadəçilərinə Emoji smayliklər dəsti əlçatan olub. Bundan əvvəl yalnız Twitterin rəsmi mobil tətbiqinin istifadəçiləri mesajlarına bu smaylikləri əlavə edə bilərdilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, xidmətin tərtibatçıları istifadəçilər arasındakı diskriminasiyasını aradan qaldırıblar, belə ki, əvvəllər Twitterin veb-versiyasında mobil tətbiqdən əlavə edilmiş smayliklərin əvəzinə, sadəcə, ağ kvadratlar əks olunurdu.
Mənbə: Milli.Az
6 aprel 2014
GO BACK