Qadin.NET / Gümüş xərçəngə qarşı effektiv vasitədir

Gümüş xərçəngə qarşı effektiv vasitədir

 

Gümüş xərçəngə qarşı effektiv vasitədir

 

Alimlər gümüşün çox maraqlı xüsusiyyətini kəşf ediblər. Onlar gümüşdən xərçəng hüceyrələrinə qarşı mübarizədə istifadə etməyi tövsiyə edirlər. Tədqiqatlar göstərib ki, bu metal nəinki kimya terapiyası preparatlarını əvəz edir, həm də müalicənin əlavə effektinin kəskinliyini azaldır. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Lids Universitetindən olan Şarlotta Villansın işinə istinadən "New Scientist" jurnalı yazır.

Məsələn, bir sıra xərçəng şişlərinə qarşı tətbiq olunan "Cisplatin" preparatının tərkibi platindən ibarətdir. Preparat platinin atomuna birləşdirilmiş molekul qrupu əsasında alınır. Nəticədə xərçəngin hüceyrələrində dezoksiribinuklein turşusu ilə reaksiyaya daxil olan birləşmə alınır. Birləşmənin reaktivliyinə metalı əhatə edən molekullar səbəb olur.

Aparılan tədqiqatlar isə gümüşün də xərçəng hüceyrələrini öldürməyə qadir olduğunu sübut edib. Ona görə də britaniyalı mütəxəssislər xərçəng əleyhinə effektiv vasitə əldə etmək üçün gümüşdən də istifadə ediblər. Alimlər müxtəlif tipli karben liqandları gümüş atomları ilə birləşdiriblər. Sonra altı gün ərzində birləşməni müxtəlif konsentrasiyada döş və bağırsaq xərçəngi hüceyrələrinə yeridiblər. Gümüş birləşmələri hər iki tip hüceyrələrə eyni dərəcədə effektiv təsir göstərib. Həmçinin, gümüşün platinlə müqayisədə daha az zəhərli olduğu məlum olub.

İki uclu liqandın (müəyyən strukturun sahəsi ilə qarşılıqlı təsir edən molekul) olduğu birləşmə özünü nisbətən daha yaxşı şəkildə göstərib. Ehtimal ki, iş daha çox strukturun ayrılma prosesini uzadan və fəallığı uzun müddət ərzində dəstəkləyən sabit olmasındadır.

Mənbə: Milli.Az

 

6 aprel 2014
GO BACK