Qadin.NET / Ermənilər Azərbaycana gələsi olmadılar

Ermənilər Azərbaycana gələsi olmadılar

Milli.Az-ın məlumatına görə, qafqazinfo Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan aprelin 8-də Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargahlar rəisləri Komitəsinin iclasında Ermənistan Müdafiə Nazirliyindən nümayəndə heyətinin iştirak edib–etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. Bununla da, Ovannisyan erməni nümayəndələrinin qarşıdan gələn toplantıda iştirak edə bilməyəcəyini vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl Bakıda Artsrun Ovannisyan Azərbaycanda keçiriləcək Komitənin toplantısında Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin deyil, Silahlı Qüvvələrin Moskvadakı nümayəndəsinin təmsil edəcəyini bildirmişdi.

Mənbə: Milli.Az

6 aprel 2014
GO BACK