Qadin.NET / Şəxsi məlumat kompromat kimi - MÜZAKİRƏ

Şəxsi məlumat kompromat kimi - MÜZAKİRƏ

 



 

Bir çoxları sosial şəbəkələrdəki məlumatları düşmənlərə qarşı kompromat kimi istifadə edir. Yazı yazarkən və məktub göndərərkən istifadəçi sadəlövhlük edir. Düşünür ki, hər şey onunla internet arasında qalacaq. 

 
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu günlərdə yayılan xəbərlərdə deyilirdi ki, qayınana öz gəlininin Facebook profilini qıraraq orada qadının başqa kişi ilə yazışdığını üzə çıxarıb. Həmin gəlin bunu gözləyə bilərdimi? Yəqin o da düşünürdü ki, bu mümkünsüzdür... 
 
Bir insanın yaratdığını başqa bir insan hər zaman qıra bilər. Xüsusilə də internet adlanan bir ərazidə. Kimsə məlumatları oğurlamaq istəsə, saytın qaydaları və digər baryerlər buna mane ola bilməyəcək. 
 
Əziz oxucular, bəs siz internetdə nə qədər ehtiyatlısınız? 
 
Milli.Az
5 aprel 2014
GO BACK