Qadin.NET / İqtisad Universitetində kadr islahatları başladı

İqtisad Universitetində kadr islahatları başladı



Milli.Az xəbər verir ki, bu barədə lent.az-a Universitetdən məlumat verilib. Universitet rektorunun imzaladığı əmrə əsasən, ali təhsil ocağının Tədris-metodiki mərkəzinin, həmçinin magistratura mərkəzinin direktorları, maliyyə və mühasibatlıq departamentinin rəhbəri və rektorun müşaviri tutduqları vəzifədən azad ediliblər.

Digər əmrə görə, Tədris-metodiki mərkəzə iqtisad elmləri namizədi, dosentEldar Azadov təyin olunub. O, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb.

Maliyyə və mühasibatlıq departamentinə Nəsimi İsmayılov, Təsərrüfat şöbəsinə isə Elçin Xəlilov təyin edilib.

Rektorun müşaviri vəzifəsinə isə iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə təyin edilib. E.Bağırzadə “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının müəllimidir. İngilis, rus və türk dillərini bilir. Daha bir təyinat universitetin Beynəlxalq əlaqələr şöbəsinə aiddir. İqtisadiyyat elmləri namizədi, dosent Müslüm İbrahimov bu şöbəyə müdir təyin edilib. M.İbrahimov bundan əvvəl “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin dekan müavini vəzifəsində işləyib.

Magistratura mərkəzinin direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq mərkəzin direktor müavini professor E.Məmmədova həvalə edilib.

Rektorun əmrinə əsasən, ali təhsil ocağında ictimaiyyətlə əlaqələr, hüquq və daxili audit şöbələri, eləcə də “Qaynar xətt” xidməti təşkil edilib.

Milli.Az

5 aprel 2014
GO BACK