Beynəlxalq "Formula-1" avtoçempionatının sahiblərindən biri, multimilyarderEddi Cordjanın "Sunseeker 155" yaxtası ona təhvil verilib.
İngiltərənin Dorset qraflığındakı Pul şəhərindəki tərsanədə 18 aydan bəri inşa olunan, dəyəri 32 milyon funt-sterlinq təşkil edən yaxta hazırdır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 4 göyərtəli, uzunu 47 metr olan yaxtada 5 yataq otağı, habelə 11 nəfərlik heyət üçün xüsusi məkanlar var.
Yaxta istirahət otağı, "çimərlik" və gecə klubları, panoramalı baxış yeri ilə təmin olunub.
200 ton ağırlığındakı yaxta saatda 40 dəniz mili sürətilə hərəkət edərək bir səfərdə 4 min dəniz mili gediş ehtiyatına malikdir.
Yaxtanı inşa etmiş "Sunseeker International" şirkəti bildirir ki, yaxtanın 60 min litrlik mühərriki olduğundan onun yanacaq baklarının doldurulmasına hər dəfə ən azı 30 min funt-sterlinq xərcləmək gərəkdir.
"Jordan Grand Prix" komandasının banisi Eddi Cordan 2005-ci ildən bəri BBC-də "Formula-1" yarışlarını şərh edir.
Milli.Az