Qadin.NET / Qəzaya düşən xalq artistinin bel sümüyü sınıb

Qəzaya düşən xalq artistinin bel sümüyü sınıb

19:47

“Nuriyyə xanımı müayinə edən nevrocərrah onun əməliyyat etdirilməyəcəyini dedi”. 

Milli.Az xəbər verir ki, bunu anspress-ə xalq artistinin oğlu Faiq deyib. O bildirib ki, Nuriyyə Əhmədovanın bel sümüyü sındığına görə bir müddət gipsdə qalacaq.

--------
18:01

"3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Nuriyyə Əhmədovanın bel sümüyü sınıb". Milli.Az xəbər verir ki, bu barədə xəstənin həkimi Nailə Əsgərova anspress-ə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, hazırda xalq artistini nevrocərrah müayinə edir. Müayinədən sonra məlum olacaq ki, Nuriyyə Əhmədova əməliyyat etdirilməlidir, ya yox:

“Hazırda Nuriyyə Əhmədova danışa bilir. Lakin şiddətli ağrıları var. Ona ağrıkəsici vurmuşuq. Xəsarətləri ciddidir. Həkimlər hazırda ona yardım edirlər. İnşallah, hər şey yaxşı olacaq”

Xəstəxanadan Trend-ə verilən məlumata görə, 11 saylı avtobusun sərnişini olan N.Əhmədova sürücü əyləci basarkən yıxılıb. Ona onurğa sütununun əziyi və II, III və IV bel fəqərələrinin köndələn çıxıntısı diaqnozu qoyulub.

---------
17:34


"Hazırda reanimasiyadadır, yarım saata cavab çıxacaq, indi yanında idim. Həkimlər onun onurğa sütununda ciddi problem olduğunu deyir. Mən də yanına girdim, danışmadı, üzümə baxırdı. Huşu özündə olsa da, durumu kritikdir".

Milli.Az xəbər verir ki, bu sözləri publika.az-a qəzaya düşən aktrisa Nuriyə Əhmədovanın oğlu Faiq bildirib. 
 
3 saylı Şəhər Klinik Xəstəxanasından axar.az-a verilən məlumata görə, aktrisa hal-hazırda reanimasiyadadır, vəziyyəti normaldır.
 
Həkimlər bildirdilər ki, xəstənin huşu yerindədir və normal danışır. Aktrisanın rentgen müayinəsindən sonra evə buraxılacağı bildirilib.
 

---------
16:44

Bakıda aktrisa Nuriyə Əhmədova ağır qəza keçirib. Milli.Az-ın məlumatına görə, aktrisa metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında 11 saylı avtobusdan yıxılıb. Huşunu itirən aktrisa xəstəxanaya yerləşdirilib. 

Xəstəxanadan Milli.Az-a bildirildi ki, N.Əhmədova hazırda reanimasiya şöbəsindədir. 

Milli.az

5 aprel 2014
GO BACK