Qadin.NET / Qoyun əti yüksək xolesterinə qarşı ən yaxşı vasitədir

Qoyun əti yüksək xolesterinə qarşı ən yaxşı vasitədir

 

Alimlər xolesterinin səviyyəsinin aşağı salınması üçün qoyun ətindən istifadəni məsləhət görürlər. Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti "American Journal of Clinical Nutrition" jurnalına istinadən yazır.ABŞ-dakı Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin, xüsusilə də "ziyanlı xolesterin"in ümumi göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Bu fakt isə ürək xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır.Alimlər pəhrizin müsbət təsirini xolesterini həddindən artıq yuxarı olan bir qrup könüllü üzərində sınaqdan keçiriblər. Tədqiqatçılar istifadə olunan qoyun ətinin həcmini müxtəlif şəkildə təyin edərək xolesterinin səviyyəsinin necə dəyişdiyini müəyyən ediblər.Nəticədə 113-153 qram ətdən istifadə zamanı "ziyanlı xolesterin"in miqdarı 10 faiz aşağı düşüb. Buna görə də ekspertlər ətin ürəyə və damarlara ziyan vurması barədə ehtimalları və əminliyi bir kənara qoyaraq, onun gündəlik rasiona daxil edilməsini tövsiyə edirlər.

Mənbə: Trend.Az

5 aprel 2014
GO BACK