Qadin.NET / Balıq və zeytun yağı mədəaltı vəzinin iltihabına qarşı gizli silahdır

Balıq və zeytun yağı mədəaltı vəzinin iltihabına qarşı gizli silahdır

Balıq və zeytun yağı mədəaltı vəzinin iltihabına qarşı gizli silahdır

Zeytun yağı və balıqda tapılan birləşmələr pankreatitin (mədəaltı vəzinin iltihabı) simptomlarının kəskinliyini azaltmağa qadirdirlər. Bunu İspaniyanın Qranada Universitetinin alimləri müəyyən ediblər. Trend-in məlumatına görə, bu barədə "United Press International" agentliyi xəbər verib.

Diqqət mərkəzinə olein turşusu, hidrositirozol (böyük miqdarda zeytun yağının tərkibində mövcuddur) və yarızənginləşmiş yağ turşusu (balıqda tapmaq mümkündür) düşüb.

Məlum olub ki, onlar hüceyrə zədələnmələrinin qarşısını alır və zədələnmə dərəcəsini aşağı salır. Bu, xüsusilə yağ turşularının və antioksidantların mədəaltı vəzinin yerli iltihabına cavab verən hüceyrə mexanizmlərinə təsiri ilə nəzərə çarpır.

Qranada Universitetinin alimləri bu birləşmələrin təsirini heyvanlar üzərində sınaqdan keçiriblər. Onlar mədəaltı vəzisi xəstə olan adamlara orqandakı patoloji iltihabi oksidləşmə proseslərini dayandırmaq üçün bu birləşmələrdən istifadə etməyi tövsiyə edirlər.

trend.az

5 aprel 2014
GO BACK