Qadin.NET / Şirniyyata sevgi insanı vaxtından əvvəl qocaldır

Şirniyyata sevgi insanı vaxtından əvvəl qocaldır

Şirniyyat sevənlər təkcə kökəlməklə risk etmirlər. Çox şirni yeməklə onlar həm də vaxtından əvvəl qocala bilərlər. Niderlandın Leyden Universitetindən Diana van Heemstin başçılıq etdiyi alimlər bu qənaətə gəliblər. Trend-in məlumatına görə, bu barədə "New Scientist" yazır.

Alimlər apardıqları tədqiqat zamanı 569 sağlam qadını, qida qəbulundan sonra onların qanında qlükozanın qatılığının miqdarından (aşağı, orta, yuxarı) olmasından asılı olaraq üç qrupa bölüblər. Habelə, araşdırmaya şəkərin qanda miqdarı dəfələrlə çox olan 33 diabet xəstəsi də cəlb edilib.

60 müstəqil müşahidəçiyə könüllülərin fotoşəkillərinə baxmaqla onların yaşlarını müəyyən etmək tapşırılıb. Bu zaman qanda şəkərin miqdarının çox olması insanın ətrafdakılara olduğundan daha yaşlı görünməsinə gətirib çıxarıb. Birinci qrupla diabet xəstələri arasındakı real və ehtimal olunan ən əhəmiyyətli yaş fərqi bir illə yeddi ay arasında olub.

Birinci qrupla üçüncü qrup arasında fərq isə bir ilə bərabər olub. Ümumilikdə, bir litr qanda qlükozanın qatılığının hər 0,18 qram yuxarı olması ehtimal edilən yaşı beş ay artırır.

trend.az

5 aprel 2014
GO BACK