Qadin.NET / Həkimlər pasiyentlərə dərman əvəzinə göbək rəqsi oynamağı məsləhət görürlər

Həkimlər pasiyentlərə dərman əvəzinə göbək rəqsi oynamağı məsləhət görürlər



İsrailli həkimlərin fikrincə, Yaxın Şərqdə hələ qədimdən məşhur olan göbək rəqsi qadın sağlamlığı üçün son dərəcə faydalıdır. Trend-in məlumatına görə, bu barədə İsrailin "Haaretz" qəzeti yazır. Söhbət təkcə fiziki yox, həm də psixoloji sağlamlıqdan gedir.

Belə bir nəticə 49 yaşlı 129 qadının müayinəsindən sonra əldə olunub. Toplanan statistikaya görə, göbək rəqsi oynayan qadınlar kömək üçün həkimə çox az müraciət ediblər.

Mütəxəssislərin hesablamalarına görə, qadınların 53,6 faizi əvvəllər ailə həkiminə üç ayda bir dəfə müraciət ediblər. Lakin rəqslə məşğul olduqdan sonra bu göstərici 7,3 faizə düşüb.

Araşdırmanın sonunda qadınların böyük hissəsi tibb müəssisəsinə altı ayda bir dəfə gəlib. O da məlum olub ki, rəqslə həftədə iki saat məşğul olan qadınlar bir il ərzində onballıq cədvəl üzrə öz "sağlamlıq reytinq"lərini 5,54 bənddən 9,09 bəndədək artıra və 70 faiz halda bədən kütləsi indeksini aşağı sala biliblər.

trend.az

5 aprel 2014
GO BACK