Qadin.NET / Dünyanın ən qədim çarpayısı tapılıb

Dünyanın ən qədim çarpayısı tapılıb

Dünyanın ən qədim çarpayısı tapılıb

ArxРµoloqlar tərəfindən Cənubi Afrikadakı mağaraların birindən dünyada yaşı 77 min il olan ən qədim çarpayı tapılıb. Bitkilərdən hazırlanan çarpayı rahat olmaqla yanaşı, həm də ağcaqanadlardan müdafiə edirmiş. Bu barədə Trend Lenta.ru saytına istinadən xəbər verir.

Beynəlxalq arxeoloqlar qrupunun Cənubi Afrikanın Kvazulu-Natal əyalətindəki Sibudu mağarasında aşkar etdikləri ibtidai insanlara məxsus çarpayının hündürlüyü 3 metrdir. O, ağac gövdələri və qumotu yarpaqlarından, qamışdan və otlardan hazırlanıb.

Alimlərin sözlərinə görə, çarpayının yaşı çox olsa da, bir o qədər də pis vəziyyətdə deyil. Onun hazırlanması zamanı material kimi həşəratları qovan iyə malik bitki növlərindən də istifadə edilib. Bunun sayəsində çarpayı mağaranın ibtidai sakinlərini həmin ərazilərdə mövcud olan çoxlu sayda ağcaqanadlardan qoruyurmuş.

"Çarpayı üçün bu yarpaqların seçilməsi ondan xəbər verir ki, Sibudu sakinləri yaxınlıqda bitən bitkilərlə yaxşı tanış imişlər və onların faydalı xüsusiyyətlərinə bələd olublar", - "Live Science" jurnalı Yohannesburq Universitetindən alim Lin Vadlinin sözlərindən sitat gətirir.

Tədqiqatçılar aydınlaşdırıblar ki, Sibududa yaşayan qədim insanlar öz çarpayılarını dəfələrlə təmir ediblər. Təxminən 73 min il əvvəl onlar parazit həşəratlardan xilas olmaq üçün yataqlarını yandırmağa başlayıblar. Daha 15 min il sonra isə Sibudu sakinlərinin sayı dəfələrlə artıb.

Arxeoloqların hesab etdikləri kimi, Sibudu sakinləri belə çarpayılardan cəmi 40 min il ərzində istifadə ediblər. Bu zaman onlar təkcə həmin yataqlarda yatmayıb, həm də onlardan iş yeri kimi istifadə ediblər.

Qeyd edək ki, bu, Sibudu mağarasında ilk iri tapıntı deyil. Bir müddət əvvəl buradan bəşəriyyətin qədim texnologiya nümunələri, eləcə də 61 min il əvvəl hazırlanmış ən qədim sümük ox, elə həmin dövrə məxsus iynə, həmçinin, nizənin daş ucluğunu taxta ağacla (sapla) möhkəm etmək üçün təbii yapışqandan istifadənin ilk izləri və 71 min il əvvəl balıqqulağıdan hazırlanmış bəzək əşyası aşkar edilib.

trend.az

5 aprel 2014
GO BACK