Qadin.NET / Roma saqqıza "müharibə" elan edib

Roma saqqıza "müharibə" elan edib

Romada hər gün yerə 15 min saqqız atılır. Roma bələdiyyəsi şəhərin təmizliyini təmin etmək üçün saqqıza "müharibə" elan edib. Şəhərin mərkəzindən başlayan təmizlik kampaniyasına könüllülər və bələdiyyə işçiləri qoşulublar. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Kampaniyanı aparan bələdiyyə nümayəndələrindən biri Pyercorciyo Benvunati deyib ki, Romada hər gün küçələrə 15 min saqqız atılır. Onun sözlərinə görə, hər il küçələrdən 5,54 milyon saqqız aşkar edilir.

"Tam çürüyüb yox olması 5 il vaxt aparan saqqız böyük çirkləndirici vasitədir. Hər saqqızın təmizlənməsi bələdiyyəyə 1 avroya başa gəlir ki, bu da ildə 5,5 milyon avro təşkil edir", - bələdiyyə nümayəndəsi deyib.

trend.az

5 aprel 2014
GO BACK