Qadin.NET / Alimlər yeriyən balığı videoya çəkə biliblər

Alimlər yeriyən balığı videoya çəkə biliblər

Elm adamları Afrika ağciyərli balığı yeriyərkən videoya çəkə biliblər. Videoya çəkilən balıq akvariumda iki uzun arxa üzgəclərini arxa ayaq kimi istifadə edir. Bu barədə çərşənbə günü Trend Türkiyənin "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, balığın qabaq üzgəcləri hərəkətsiz qalır və onun gövdəsi ancaq arxa üzgəclərin köməyi ilə iləriyə atılır.

Elm adamlarının fikrincə, yerimək məsələsində "ilk addımlar" quruda deyil, bu balığa bənzər növlər tərəfindən suda atılıb. Başqa bir fikrə əsasən, ağciyərli balıq təkamül prosesi zamanı su canlıları ilə quru canlıları arasında əlaqənin necə yarana biləcəyinin canlı görüntüsüdür.

trend.az

5 aprel 2014
GO BACK