Qadin.NET / Adət etdiyimiz əşyalarda ölümcül təhlükə gizlənir

Adət etdiyimiz əşyalarda ölümcül təhlükə gizlənir

Sink oksidinə kosmetikada, parfümeriyada, plastik qablarda, kağızda, rezində, heyvanlar üçün yem əlavələrində tez-tez rast gəlinir. Son testlər sübut edib ki, o, potensial olaraq xərçəng törətməyə qadirdir. Ona görə də ekspertlər "Biomaterials" jurnalında dərc edilmiş hesabatlarında istehlakçıları ehtiyatlı olmağa çağırırlar. Trend-in məlumatına görə, bu barədə "The Times of İndia" qəzeti xəbər verir.

Nanyanq Texnologiya Universitetinin əməkdaşlarının apardıqları elmi işin nəticələrinə görə, sink oksidi nanohissəciklərə çevrildikdə bu hissəciklər insan hüceyrəsinə nüfuz edir və DNT-nin zədələnməsinə səbəb olur.

Öz növbəsində p53 proteini zədələnmiş hüceyrələrin çoxalmasına və onların xərçəng hüceyrələrinə çevrilməsinə imkan vermir. Lakin hüceyrələrdə bu protein çatışmazsa və ya yetərincə effektiv işləyən zülal ifraz etməzsə, bu zaman hüceyrələrin sink oksidlərinin hissəcikləri ilə əlaqəsi nəticəsində insan xərçəng xəstəliyinə tutula bilər.

Ekspertlər Hoakim Lu və Nq Ki Vu Devid Leonqla birlikdə qeyd edirlər ki, hazırda istehlak mallarında istifadə olunan nanomateriallar haqqında məlumatların kəskin qıtlığı hiss olunur. Məsələn, alimlərə sink oksidinin DNT-ni məhz hansı yolla zədələməsi hələ məlum deyil.

trend.az

4 aprel 2014
GO BACK