Qadin.NET / Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq

Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq

Onurğa sütunundan zədə alan adamlar dişlər sayəsində yenidən gəzmək imkanı əldə edəcəklər. Naqoya Universitetindən olan mütəxəssislər diş özəyindən (pulpa) əldə olunan gövdə hüceyrələrini fəqərə sınığı olan siçanlara yeridərək onların qismən yeriməsini təmin etməyə nail olublar. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" yazır.

Alimlər aydınlaşdırıblar ki, diş özəyi əsəb hüceyrələrinin məhv olmasına imkan vermir və fəqərə sütununu dəstəkləyən başqa hüceyrələrin artmasını aktivləşdirir. Pulpanı yaşlı adamın ağıl dişindən heç bir əlavə təsir olmadan əldə etmək mümkündür.

"Spinal Research" xeyriyyə cəmiyyətinin əməkdaşı, doktor Mark Beykon bu elmi işi şərh edərək bildirir ki, müsbət nəticələri zədələnmiş sahəyə dərhal hüceyrələrin köçürülməsindən sonra əldə etmək mümkün olub. Buna baxmayaraq, insanda bəzi problemlərin ortaya çıxması mümkündür. Axı hüceyrələri pasiyentdən götürmək və təmizləmək lazımdır. Həm də köçürmənin zədələnmədən bir qədər gec aparılmasının hansı effekt verəcəyini də aydınlaşdırmaq lazım gəlir. O bildirib ki, lakin əgər onurğa zədələnmələrindən danışırıqsa, təklif olunan metod novatordur və çox şey vəd edir.

trend.az

4 aprel 2014
GO BACK