Qadin.NET / Amerikalı 60 il əvvəl oğurladığı pulu artıqlaması ilə qaytarıb

Amerikalı 60 il əvvəl oğurladığı pulu artıqlaması ilə qaytarıb

Amerikalı 60 il əvvəl oğurladığı pulu artıqlaması ilə qaytarıb

1940-cı ildə ABŞ-ın Sietl şəhərində "Sears" ticarət şəbəkəsinə məxsus mağazanın kassasından az məbləğdə pul oğurlayan kişi pulu faizi ilə qaytarıb. Bu barədə çərşənbə axşamı Trend Lenta.ru-ya istinadən məlumat verir.

Məlumata əsasən, yaşlı kişi pul oğurladığı mağazanın piştaxtasına mağazanın meneceri üçün içində 100 dollar olan məktub qoyub. Kişi məktubda oğurluq etdiyini etiraf edib.

"Mən 1940-ci ilin sonunda mağazanın kassasından təxminən 20 və ya 30 dollar oğurlamışam. Mən təzminat hesabı olaraq 100 dolları qaytarmaq istəyirəm", - məktubda deyilir.

Mağazanın meneceri Qeri Lorentsonun sözlərinə görə, 60-dan çox yaşı olan kişi vicdan əzabı çəkib. Faizi ilə qaytarılan pulun ehtiyacı olanlara verilməsi planlaşdırılır.

trend.az

4 aprel 2014
GO BACK