Qadin.NET / İlham Əliyevə “putyovka” hədiyyə olundu

İlham Əliyevə “putyovka” hədiyyə olundu

İlham Əliyevə “putyovka” hədiyyə olundu


Dünəndən etibarən Bakıda start götürən 13-cü Azərbaycan «Turizm və səyahət» sərgisi çərçivəsində Rusiya Federasiyasının Stavropol diyarı hökuməti sədrinin müavini Andrey Murqa prezident İlham Əliyevə “putyovka” hədiyyə edib. 

 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, təqdim edilən “putyovka” Stavrapolun müasir kurortlarından biri üçün nəzərdə tutulub. 

 

Qeyd edək ki, dünəndən etibarən start götürən sərgi çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus 2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar. 

 

Sərgidə Azərbaycandan başqa öz ölkələrinin milli turizm agentlikləri və səfirliklərinin rəsmi dəstəyi ilə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional qrup iştirak edir. Bundan əlavə, bu il sərgidə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiya Federasiyasının Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri də qatılıblar.

 

AzNews.az 

4 aprel 2014
GO BACK