Qadin.NET / Beyons məhkəməyə verildi

Beyons məhkəməyə verildi

Beyons məhkəməyə verildi


Amerikalı müğənni Beyonsun pərəstişkarları onu məhkəməyə verib. 

 

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Rakel Kastellanos və Qabriella Devidson bununla bağlı verdikləri açıqlamada bildiriblər ki, keçən ilin dekabrında müğənninin Çikaqodakı konsertində ayaq altında qalıblar. Belə ki, ön sıraya bilet almaqlarına və düz qapının ağzında dayanmaqlarına baxmayaraq, qapılar açılanda arxadakı kütlə onları yıxaraq önə keçib. Nəticədə hər iki qız xəstəxanalıq olub. 

 

Zərərçəkənlər, baç verənlərdə konsertin təşkilatçılarını və Beyonsu günahlandırır. Qızların, zərərləri qarşılığında müğənnidən tələb etdikləri kompensasiyanın məbləği açıqlanmır.

 

AzNews.az 

4 aprel 2014
GO BACK