Gecələr 65 faiz daha yaxşı yatmaq və gündüzlər gümrah olmaq üçün həftədə ən azı 150 dəqiqə məşq etmək lazımdır. Bunu Bellarmin Universitetindən Pol Loprinzin rəhbərliyi altında çalışan mütəxəssislər müəyyən ediblər. Onlar 18-85 yaşlarında 2600-dən çox kişi və qadının iştirakı ilə müvafiq tədqiqat aparıblar. Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti yazır.
Müntəzəm olaraq məşq edən adamlar gecələr möhkəm yatdıqlarını, gündüzlər isə yuxululuq hiss etmədiklərini etiraf ediblər. Xroniki yorğunluq və yuxusuzluğun bütün dünyanı bürüdüyü nəzərə alınarsa, əldə olunan nəticələr çox vacibdir.
Tədqiqatın müəlliflərindən biri, Oreqona Universitetinin alimi Bred Kardinal qeyd edir ki, adi fiziki yüklənmələr ürək-damar xəstəliklərinin inkişafının qarşısının alınması məqsədilə təyin edilir. Hərçənd ki, onlar insanın sağlamlığına daha geniş və çoxtərəfli təsir göstərirlər.
Müntəzəm məşqlər real olaraq həbi əvəz etməyə qadirdir. Məşq edən könüllülər yuxunun keyfiyyətinin yaxşılaşması ilə yanaşı, ayaqlarındakı qıcolmalardan 68 faiz, yorğunluq zamanı diqqətin cəmləşməsi problemindən 45 daiz daha az şikayətləniblər.
trend.az