Qadin.NET / Daim narazı adamlar dünyanı daha yaxşı edirlər

Daim narazı adamlar dünyanı daha yaxşı edirlər

Daim narazı adamlar dünyanı daha yaxşı edirlər

Daim nədənsə narazı olan adamlar ciddi problemləri görməyə və həll etməyə kömək edirlər.

Bir qayda olaraq, adamlar kiminsə öz narazılığını ifadə etməsini sevmirlər. İnsanların qıcıqlanmasına təkcə özü haqqında mənfi fikirlər deyil, həm də dostlara və həmkarlara şəxsi xarakterli problemlərdən edilən daimi şikayətlər də səbəb olur. Lakin amerikalı psixoloqlar hesab edirlər ki, daim narazı adamlar dərhal həlli tələb olunan problemləri ilk olaraq görməklə son dərəcə mühüm xidmət göstərirlər. Daim nədənsə narazı adamlar həyatdakı ciddi problemləri həll etməyə kömək edirlər.

Ohayo Universitetindən olan İndiya Conson "Psychological Science" elmi jurnalında dərc olunacaq öz tədqiqatında təsdiqləyir ki, mənfi düşüncə müsbət nəticələrə gətirib çıxarır. İnsanlar illərlə öz problemləri ilə barışır və hətta xeyli əzab versə belə, onları görməməyə cəhd göstərirlər. Burada söhbət təkcə şəxsi həyatdan deyil, həm də işdə, yaxud tədris müəssisəsindəki xoşagəlməz hallardan gedir. Kimsə bununla bağlı narazılığını ifadə etdikdə isə bu, problemin həlli yolunda ilk addım ola bilər.

İnsan nəyinsə onu həqiqətən narahat etdiyini və xoşagəlməz hallar yaratdığını anlamağa başlayır. "Həyatda nəyisə dəyişmək üçün əvvəlcə əslində problemin nədə olduğunu anlamaq lazımdır", - İndiya Conson Çikaqo Universitetindən olan həmkarlarının araşdırmalarına istinadən izah edir.

Psixoloqlar Steysi Finklşteyn və Ayelet Fişbax aşkar ediblər ki, mənfi rəylər işin məhsuldarlığını artırmağa və adamları ciddi uğurlar qazanmağa məcbur edə bilər. Lakin bunu yalnız ekspertlərdə və ya özünü belə hesab edənlərdə müşahidə etmək olar. Səriştəsizlərdə isə məsələ bir qədər başqa cürdür.

"Onlar hələlik yolun lap başlanğıcındadırlar və ona görə də özlərinə əmin deyillər. Əgər onlar iradlar yağışına tutulsalar, bu, onları tamamilə qorxuda bilər. Səhvlərin sakit şəkildə göstərilməsi alqışlanır, lakin onların işini bütövlükdə müsbət xarakterizə etmək lazımdır. Onda onlar nəyisə səhv etməkdən qorxmağa son qoyacaq və potensiallarını aşkara çıxaracaqlar", - Finklşteyn təcrübəsizlərin psixologiyasını izah edib.

Paradoksal olsa da, "müsbət düşünmək" üçün əslində mənfi düşünmək lazımdır.

trend.az

4 aprel 2014
GO BACK