Qadin.NET / Naringinin xassələri alimləri heyrətə salıb

Naringinin xassələri alimləri heyrətə salıb

Naringinin xassələri alimləri heyrətə salıb

Naringi təkcə dadlı meyvə, uşaqlığın xatirəsi və Yeni ilin gözləntisi deyil, həm də ürək xəstəliklərindən və diabetdən müdafiə olunmaq üçün gözəl vasitədir. Bu barədə Trend mail.ru saytına istinadən məlumat verir.

Qərbi Ontario Universitetindən olan kanadalı alimlər təəccüblə müəyyən ediblər ki, naringinin tərkibindəki böyük miqdarda nobitelin maddəsi insanın qanında xolesterinin və insulinin səviyyəsini xeyli azaldır. Bu isə o deməkdir ki, naringidən istifadə ürək-damar xəstəliklərinin və diabetin qarşısının alınması üçün gözəl üsuldur.

Bundan əlavə, alimlər qeyd edirlər ki, naringi bizim orqanizmimizi vitaminlərlə zənginləşdirir, iştahanı artırır və həzmi sürətləndirir.

trend.az

4 aprel 2014
GO BACK