Qadin.NET / Vitaminlərin profisiti aritmiyaya səbəb olur

Vitaminlərin profisiti aritmiyaya səbəb olur

Vitaminlərin profisiti aritmiyaya səbəb olur

Alimlər müəyyən ediblər ki, D vitamininin yüksək dozada qəbulu ürəyin işində ciddi fəsadların inkişafı riskini iki dəfədən çox artırır. Bu, xüsusilə menopauza dövrünü yaşayan və osteoparozu özündən uzaqlaşdırmaq üçün bu vitamini kalsiumla birgə qəbul edən qadınlar üçün təhlükəlidir. Trend-in məlumatına görə, bu barədə "The Telegraph" qəzeti yazır.

D vitamininin sümüklərin inkişafı üçün və hüceyrələrin sağlamlığı baxımından vacib olduğu məlumdur. Orqanizm onu Günəşin təsiri zamanı istehsal edir. Lakin qışda gün işığının yetərli həcmdə olmaması üzündən bir çox adamlar əlavələr qəbul edirlər. Lakin tövsiyə edilən dozalar insan orqanizminin xüsusiyyətlərindən və ilin dövrlərindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir.

Vitaminin yüksək konsentrasiyasının orqanizmə təsirini yoxlamağı İntermauntin Tibb Mərkəzindən olan alimlər qərara alıblar. Onlar 132 min pasiyentin qan nümunələrini tədqiq ediblər. Məlum olub ki, D vitamininin konsentrasiyasının 100 millilitr qanda 100 nanoqramı ötdüyü adamlarda aritmiyanın ən geniş yayılmış növü olan ürək qulaqcıqlarının fibrilyasiyasına 100 millilitr qanında 41-80 nanoqram olanlara nisbətən 2,5 dəfə daha çox rast gəlinir. Buna görə də ekspertlər əlavələrlə bağlı həkimlərlə məsləhətləşməyi tövsiyə edirlər.

trend.az

4 aprel 2014
GO BACK