Qadin.NET / Türkiyə pilotsuz təyyarələr üçün mühərriklər istehsal edəcək

Türkiyə pilotsuz təyyarələr üçün mühərriklər istehsal edəcək

Türkiyə pilotsuz təyyarələr üçün mühərriklər istehsal edəcək

Türkiyə yerli pilotsuz təyyarələr üçün mühərriklər istehsal edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.

Layihənin yaxın iki il ərzində reallaşacağı gözlənilir.

Qəzetin məlumatına görə, Türkiyə Aerokosmik Texnologiyalar Elmi-Tədqiqat Mərkəzində (TUSAŞ) bu məqsədlə hərbi mühəndislərdən ibarət xüsusi qrup yaradılıb.

Bir müddət əvvəl Türkiyə özünün ilk ANKA pilotsuz təyyarəsini yaradıb. Onun yaradılması üzrə işlər 2004-cü ildən aparılıb. Layihə üzərində 180-ə yaxın mühəndis çalışıb.

Türkiyənin Aerokosmik Texnologiyalar Elmi-Tədqiqat Mərkəzində (TUSAŞ) ilk "Hürkuş" təlim təyyarəsi hazırlanıb.

trend.az

4 aprel 2014
GO BACK