Azərbaycanın mobil operatoru "Azercell Telekom" MMC SimSim abonentləri üçün balansın yüklənməsi üzrə yeni sistemin tətbiqinə hazırlaşır.
Şirkətdən Trend-ə bildiriblər ki, söhbət məbləğin çevik tənzimlənməsindən gedir. Onunla danışıq balansını doldurmaq mümkün olacaq.
Şirkətdən bildiriblər ki, hazırda SimSim abonentləri fiksasiya edilmiş məbləğdən (məsələn, 3, 5, 10 manat) istifadə edirlər: "Yeni sistem isə balansı qalıq məbləğlə (məsələn, 3,40 manat və s.) doldurmağa imkan verəcək. Ödənişi bankomatlar, POS-terminallar, özünəxidmət terminalları vasitəsilə bank kartlarından istifadə etməklə həyata keçirmək mümkün olacaq".
trend.az