Qadin.NET / Bakıda zamanı səhv saldıran saat

Bakıda zamanı səhv saldıran saat



Bakının məşhur saatı işləmir. Nərimanov rayonu ərazisində saatlı bina kimi tanınan bina var. Həmin binanın qülləsindəki saatlardan biri xeyli müddətdir işləmir. Lakin aidiyyəti şəxslərin bu məsələ ilə maraqlanmaması yaxınlıqda yaşayan insanların hiddətinə səbəb olur: “Qüllənin dörd tərəfində saat var. Saatların hər biri işləsə də, metronun "Nərimanov" stansiyasına baxan saatı dayanıb. Heç kəs maraqlanmır”.

Nərimanov rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, saatlara Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir. Bununla yanaşı, saatda problemin olması həmin quruma çatdırılacaq.

Milli.az

4 aprel 2014
GO BACK