Qadin.NET / Hər kəsin qüsurları var

Hər kəsin qüsurları var

 

Hər kəsin qüsurları var


Məşhur bir kosmetika markasının reklamı dünya səviyyəsində səs gətirdi. Reklamlarda iki fərqli qadın və bir kişi istifadə edildi. Videoda makiyaj qüsurlarını saxlamaq üçün deyil, özlərini dünyaya açıqlamaq üçün istifadə edir və reklamı izləyənlərin üzərində ciddi bir təsir buraxır.

Üç gənc kameranın qarşısında əvvəl makiyajlarını silir və sonrasında bədənlərindəki qüsurlarla əlaqədar cəsurca etiraflar edir.

Reklamda iştirak edən ilk qadın Cheri Lindsay ...

 Vleybol məşqçisi gənc bir qadındır ancaq vitiligo xəstəsidir. Dərisindəki rəng pigmentlerinin kifayət qədər inkişaf etməməsi nəticə olaraq bədəndə ağ ləkələrin meydana gəlməsinə səbəb olub. "Vitiligo" həyatı boyunca ən böyük problemidir.
Reklam filmində iştirak edən Lindsay, bədənindəki bu nasazlığı makiyajla necə gizlətdiyini və makiyajın ona ön fikirlilərdən uzaq bir həyat yaşaması üçün nə qədər köməkçi olduğunu izah edir. Cheri, makiyaj sayəsində insanların xəstəliyinə görə onlarda yarana biləcək fikirlərin uzaqlaşdığını və onun yalnız real halını görə bildiklərini izah edir.
Markanın reklam üzü olan ikinci ad isə Youtuba yüklədiyi videolar milyonlarla dəfə izlənilən maneken Cassandra Bankson ....
Cassandra 21 yaşındadır və yeniyetməlik dövründən bu yana sızanaq problemiylə mübarizə aparır. Belə ki, illərcə məktəbdəki yoldaşlarının sızanaqlarına lağ etmələrinə və alçaltmalarına məruz qalmış Cassandra əslində sızanaq problemini bir şəkildə öz xeyrinə istifadə etməyi bacara bilib. Cassandra'nın Youtubda olan makiyaj kanalını milyonlar izləyir.
Gənc maneken isə, "Əsla gizlətməyin, hər kəsin bir eybi var. Kimsə 100% mükəmməl olmur" deyərək yaşıdlarına mesaj verib.




 

4 aprel 2014
GO BACK