Qadin.NET / Baş gicəllənməsinin dərmanı məşq

Baş gicəllənməsinin dərmanı məşq

 

Baş gicəllənməsinin dərmanı məşq


Düzce Universiteti (DU) Tibb Fakültəsi Nevrologiya Fundamental elm sahəsi Müəllim Dos. Dr. Süber Dikici, "başgicəllənmə, migren, epilepsiya, təzyiq, xolestrol" kimi narahatlıqların yaratdığı baş gicəllənməsinin, cəmiyyətdə sıx qarşılaşılan klinik vəziyyət olduğunu, xüsusilə 40 yaşın üstündə daha da çox artdığını söylədi.

Dikici, baş gicəllənməsinin bir çox xəstəliyin əlaməti olduğunu, ən əhəmiyyətli şikayətlərin, baş axması və ayaqların yerdən kəsilmə hissi olduğunu qeyd etdi.

 

'Dərmanlar mənfi təsir edir' Baş gicəllənməsi səbəbiylə həkimə müraciət edən xəstələrin istifadə etdiyi dərmanların bəzi xəstəliklər meydan gətirməsini vurğulayan  Dikici, belə danışdı: "Bu narahatlıqda ən çox qarşılaşdığımız səbəb, bu xəstələrin çox dərman istifadə etmələridir. A həkiminə gedir bir dərman, B həkiminə gedir, başqa dərman , başqa həkimlərə dəyişik dərman. Bir müddət sonra qəbul etmiş olduğu dərmanlar təsir yerinə xəstəyə zərər verir. Təşis qoyulduqdan sonra müəyyən bir müddət xəstələrin dərman istifadə etmələri amma bu müddətin çox uzun tutulmaması lazımdır. Bəlkə iki-üç həftə istifadə edilməlidir, daha sonra mərhələli azaldılması və ya kəsilməsi lazımdır çünki bədənin baş gicəllənməsinə qarşı refleks yaxşılaşdırma mexanizmi var.
Bu dərmanlar çox istifadə edilsə o mexanizm aradan qaldırılmış olar. Bu səbəbdən vermiş olduğumuz dərmanlar müalicə müddətini müsbət istiqamətdə dəyişdiyi kimi, mənfi istiqamətədə təsir etmiş olur."

'Baş gicəllənməsi məşqlərlə ötüb keçə bilər' 

Dikici, baş gicəllənməsindən şikayət edənlərin dərman yerinə mütəxəssislərin verdiyi proqramlara riayət etmələrinin həm sağlamlıq həm də xəstəliyinin təkrarı halına müdaxilə baxımından daha yaxşı həll yolu olduğunu vurğuladı.
"Xəstələrin, həkimlərin baş gicəllənmələrinə istiqamətli olaraq verdiyi məşq proqramlarına nizamlı riyayət etmələri lazımdır" deyən Dikici, sözlərini belə tamamladı: "Məşq, həm baş gicəllənməsinin meydana gəlməsinə maneə törədir, həm də ola biləcək baş gicəllənmələrinə qarşı bədənin müqavimətini artırır. İnsan, bir daha eyni vəziyyətlə qarşılaşdığında nə edəcəyini bilir.
Baş gicəllənməsi, çox sadə bir məşqlə düzəlməsi mümkün olan narahatlıq kimi, beyində şiş kimi narahatlıq olaraq da qarşımıza çıxa bilər. Bədənimiz tarazlıq içindədir. Bu tarazlığı pozduğumuzda bədənimiz siqnal verir. 'Yolunda getməyən bir şeylər var, tədbirini al' şəklində. Sağlam həyat üçün insanların əllərindən gələni etməsi lazımdır. "

 

4 aprel 2014
GO BACK