Qadin.NET / Nar cövhəri cavanlığın yeni mənbəyidir

Nar cövhəri cavanlığın yeni mənbəyidir

Nar cövhəri cavanlığın yeni mənbəyidir

Narın ürək xəstəliklərinin inkişafının qarşısını almağa, stressin kəskinliyini azaltmağa, hətta cinsi həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verməsi kimi keyfiyyətləri çoxdan məlumdur. Bu yaxınlarda isə alimlər narın yeni gənclik mənbəyi olduğunu aşkar ediblər. Məlum olub ki, qidada nar cövhərindən gündəlik istifadə DNK-da qocalma prosesini ləngidir. Bu barədə "The Daily Mail" qəzeti yazır.

Trend-in məlumatına görə, bunu 60 könüllü üzərində aparılan sınaq sübut edib. Onlar bir ay ərzində bütöv nardan alınan cövhəri kapsul şəklində qəbul ediblər. Bununla yanaşı, doktor Serjio Streytenbergerin rəhbərliyi altında işləyən alimlər onların bədənlərindəki kimyəvi birləşmələrin aktivliyini izləyiblər və onu digər qrupun aktivliyi ilə müqayisə ediblər.

Bu zaman onlar beyinin, əzələlərin, qaraciyərin, böyrəklərin fəaliyyətinin pozulmasına və dərinin qocalmasına səbəb olan hüceyrə zədələnmələri ilə əlaqəli "8-Oxo-DG" markerinin konsentrasiyasının xeyli azaldığını müşahidə ediblər. İspaniyanın "ProbelteBio" özəl laboratoriyasının əməkdaşları qeyd edirlər ki, hüceyrələrdə zamanla baş verən dezoksiribinuklein (DNK) turşusunun oksidləşməsinin ləngiməsi baş verir. O da məlumdur ki, nar A, C, E vitaminləri, dəmir və sərbəst radikalların işini neytrallaşdıran antioksidantlarla zəngindir.

trend.az

4 aprel 2014
GO BACK