Qadin.NET / "Gülümsəyən depressiya" - müasir cəmiyyətin yeni bəlası

"Gülümsəyən depressiya" - müasir cəmiyyətin yeni bəlası

Ötən həftə Britaniyanın ən populyar komik artistlərindən biri Devid Uilyams bəyan edib ki, o, ömrünün böyük hissəsini depressiyadan əziyyətdə keçirib. Psixoloqların sözlərinə görə, zahirən həyatsevər və şən görünən insanlar arasında intihar həddinə gətirib çıxaran depressiyadan əziyyət çəkənlər çoxdur. Bu barədə Trend "The Daily Mail" qəzetinə istinadən yazır.

Ekspertlər bu halı "gülümsəyən depressiya" adlandırırlar. Həkim Kosmo Hallstormun sözlərinə görə, belə diaqnozu olan adamlar adətən problemlərin mövcudluğunu etiraf etmirlər və cəmiyyət arasında "simalarını saxlamağa" çalışırlar. Onlar aktiv həyat keçirirlər, lakin dəhşətli hücumlardan, yuxusuzluqdan, öz-özünü aşağı dəyərləndirməkdən əziyyət çəkirlər. Adətən, evə gələrkən, onlar ayaq üstə güclə dayanırlar.

Statistik məlumatlara görə, hər iyirmi nəfərdən biri öz həyatında depressiya ilə üzləşir. Çoxları diaqnoz qoyulmayan depressiya ilə yaşayır. Bu, bərpa üçün daha uzun müddət tələb edir və depressiya epizodlarının təkrarlanmasına gətirib çıxarır. Ekspertlərin qeyd etdikləri kimi, depressiya anlayışının özü cəmiyyətdə indiyədək "damğalanır". Ona görə də çox az adam öz problemləri barədə danışır.

Cəmiyyət tərəfindən rədd edilmək qorxusu insanları çox sıxır. Belə ki, "Mind" şirkətinin tədqiqatçılarının qiymətləndirməsinə görə, təxminən hər beş nəfərdən biri psixi problemlərinin mövcudluğunu etiraf etdikdən sonra öz işini itirir.

trend.az

4 aprel 2014
GO BACK