Qadin.NET / Televizor uşaqların inkişafına mane olur

Televizor uşaqların inkişafına mane olur

 

Televizor uşaqların inkişafına mane olur

 

Amerikalı pediatrlar azyaşlı uşaqların televizora baxmalarına məhdudiyyət qoyulmasını tələb edirlər. Söhbət ilk növbədə iki yaşına çatmamış uşaqlardan gedir. İş burasındadır ki, bir sıra tədqiqatlar hətta uşaq verilişlərinə baxmağın balacaların inkişafına, o cümlədən onların nitqinə mənfi təsir göstərdiyini sübut edir. Trend-in məlumatına görə, bu barədə Amerika Pediatriya Akademiyasının (APA) 1999-cu ildən bəri ilk dəfə buraxılan dərsliyində deyilir.

"Televizor qoşularkən valideynlər az danışırlar. Belə bir elmi sübut mövcuddur ki, uşaqla ünsiyyət nə qədər az olarsa, o, danışmağı da bir o qədər gec öyrənər", - dərsliyin aparıcı müəllifi Ari Braun AFP agentliyinə bildirib.

Onun sözlərinə görə, KİV-in uşaqlara mənfi təsir göstərməsi məlum olsa da, onun hansısa müsbət effektləri barədə hələ heç nə məlum deyil. Bununla yanaşı, o, mütəxəssislərin belə xəbərdarlıqlarına çox az valideynin qulaq asdığını təəssüflə qeyd edib.

"APA bir daha kütləvi informasiya vasitələrinin bu yaş qrupunun inkişafına mane olması ilə bağlı tövsiyələrini təsdiqləyir", - Braun təkrarlayıb.

"Uşaq proqramlarından bəziləri yaxşı məzmuna malikdir, lakin onlar iki yaşlı uşağa nəyisə öyrətməyə qadir deyillər, çünki onlar bunu başa düşmürlər", - ekspert deyib.

tend.az

4 aprel 2014
GO BACK