Qadin.NET / Spirtli içkilərin orqanizm üçün faydası mifdir

Spirtli içkilərin orqanizm üçün faydası mifdir

Spirtli içkilərin orqanizm üçün faydası mifdir

Tədqiqatçılar qırmızı şərabın ürək tutmalarından, xərçəngdən və qaraciyər sirrozundan müdafiə edən məhsul kimi üstünlüklərindən uzun müddət bəhs ediblər. Lakin ekspertlər bunun uydurma olduğunu və içkinin heç bir fayda vermədiyini təsdiqləyirlər. Trend-in məlumatına görə, bu barədə "The Sydney Morning Herald" qəzeti yazır.

Avstraliyanın Alkoqol Siyasəti Koalisiyasından olan mütəxəssislər əmindirlər ki, istənilən spirtli içki istisnasız olaraq orqanizmə ziyan vurur. Həm də bu, şərabdan hətta ən az miqdarda istifadə edənlərə də aiddir.

Koalisiyanın üzvləri olan Narlotik Məsələləri üzrə Avstraliya Fondu, Ürək Xəstəlikləri Fondu və Viktoriya ştatının Xərçəng Şurası BMT-nin dünyada qeyri-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması siyasətinə yenidən baxılmasını nəzərdə tutan rəsmi hesabat dərc ediblər.

Hesabatda deyilir ki, alkoqol xərçəng, diabet və ürək xəstəliklərinin çoxalmasına əhəmiyyətli şəkildə təsir edir. Koalisiya bu hesabatı çap etdirməklə hökumətin alkoqollu məhsullara vergi qoyulması ilə bağlı siyasətinə təsir göstərəcəyinə də ümid edir.

Viktoriya ştatının Ürək Xəstəlikləri Fondunun prezidenti Keti Bellin sözlərinə görə, bütün elmi məlumatların araşdırılmasından sonra onlar belə nəticəyə gəliblər ki, spirtli içkilərin ürək-damar sisteminə müsbət təsiri kəskin şəkildə şişirdilib. O bildirib ki, qırmızı şərab heç bir super-müdafiə xassəsinə malik deyil.

trend.az

3 aprel 2014
GO BACK