Qadin.NET / Vitiligo xəstələrinə yeni ümid

Vitiligo xəstələrinə yeni ümid

 

Vitiligo xəstələrinə yeni ümid


Gün keçdikcə görülmə nisbəti artan Vitiligo hadisələri üçün yeni ümid doğuldu. Amerikalı elm adamlarının ötən ilin ən yaxşı müalicə şəkli dedikləri immunoterapiya, Vitiligo xəstələrində də müsbət nəticələr verdi. Daxili xəstəlikləri mütəxəssisi və immunoterapist Dr. Ülkü Duraksoy, "İmmunitet sisteminə istiqamətli bu müalicə şəkli, xəstə də davamlı olduğunda 2 ay sonra nəticə verməyə başlayır" dedi. 
Vitiligo immunitet sisteminin öz-özünə hücumu ilə inkişaf edən dəri pigmentlerinin itkisinə səbəb olan bir xəstəlikdir. Xalq dilində bəyazlama xəstəliyi olaraq da bilinir. Mütəxəssislər isə stress faktorlarının artması ilə birlikdə Vitiligo'nun hər keçən gün görülmə nisbətlərində artım olduğunu ifadə edir.
Son illərdə tətbiq olunan və Amerikalı elm adamlarının ötən ilin ən yaxşı müalicə şəkli seçdikləri immunoterapiya isə bu xəstələrə ümid oldu. Daxili xəstəlikləri Mütəxəssisi və immunoterapist Dr. Ülkü Duraksoy, "İmmunoterapi immunitet sistemini müalicə edən bir üsuldur. 

Xərçəng, tiroid, iltihablı romatizm, hepatit kimi bir çox xəstəliklərdə standart müalicələr ilə birlikdə tətbiq olunduğunda möcüzəvi nəticələr verə bilir. Bu xəstəliklərə Vitiligo da daxil etdik və müvəffəqiyyətli nəticələr alındığını gördük. Ancaq bütün müalicələrdə olduğu kimi xəstə intizamı çox böyük əhəmiyyət daşıyır.Verilən müalicəyə düzgün riayət lazımdır " dedi. 
Əgər bir xəstədə Vitiligo ortaya çıxdısa mütləq bilinməyən immunitet sistem problemlərinin mövcud olduğunu ifadə edən Dr. Duraksoy, "Müalicəyə başlamadan əvvəl bilinməyən və Vitiligo'ya səbəb olan problemləri tək-tək tapıb üzə çıxarmaq lazımdır. Müalicəni təyin etmək üçün bələdçi olacaq müxtəlif test və müayinələrin yanında xəstənin hekayəsinin dinlənilməsi və yaxşı analiz edilməsi lazımdır. Müalicəyə başlamadan əvvəl ən çox təsirlənən orqanlar tiroid bezi, pancreas və qaraciyər yoxlanılır. Bağırsaq flora analizi aparılır. Xəstənin laktoza, fruktoza kimi qidalara qarşı intoleransının olub olmadığı yoxlanılır və araşdırılır. Bu istiqamətdə müalicə alacaq şəxsə xüsusi bir müalicə proqramı hazırlanır.
Xəstələrin müalicələrində ən əhəmiyyətli prinsip xəstə uyğunlaşmasının təmin edilməsidir. Xəstə uyğunlaşma göstərməyəcəksə müalicəyə heç başlamamalıdır. Ən az 2 - 6 ay davam edəcək bir müddətdə nizamlı müalicəsini almalıdır " dedi.
Bəzi immun qidaların və bəslənmə pozğunluqlarının da Vitiligo xəstəliyinin ortaya çıxmasında əhəmiyyəti olduğunu ifadə edən Dr. Ülkü Duraksoy, "Bəslənmə şəkli müalicə müddətində və sonrasında insanın tamamilə həyat şəkli olmalıdır. Xəstə əsla siqaret çəkməməlidir. Həddindən artıq spirtli içkilərdən qaçınılmalıdır, mümkünsə heç istifadə etməməlidir. Xəstələrdə şəkər, şirin, unlu məmulatların istifadəsinə mütləq son verilməlidir. Mİdman hərəkətləri həyatımıza lazım olan ən əhəmiyyətli ünsürdür. Yoga, Pilates kimi məşqləri bütün vitiligo xəstələrinə təklif edə bilərəm. Tərəvəz və meyvənin bol yeyilməsi əhəmiyyətlidir. Bol su qəbulu mineral qəbulu  baxımından vacibdir. Bundan əlavə təkliflər, şəxsə xüsusi testlərin aparılmasından sonra müəyyən edilər " şəklində danışdı.


 

4 aprel 2014
GO BACK