Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında aprelin 4-də günün birinci yarısında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə havanın yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 4-də günün birinci yarısında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacaq. Günün ikinci yarısında yağıntılar kəsiləcək. Cənub-qərb küləyi arabir güclənəcək.
Aran rayonlarında aprelin 4-də havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0-5 , gündüz 3-8 dərəcə isti olacaq.
Milli.Az