Qadin.NET / Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Türkiyənin Hakkari vilayətində zəlzələ baş verib. 

ANS PRESS-in xəbərinə görə, hadisə yerli vaxtla saat 21.59-da (Bakı vaxtıyla 23.59) Hakkarinin Yüksekova rayonunda baş verib.

“Kandilli” rəsədxanası zəlzələ araşdırmaları mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri rayonun Kolbaşı kəndi olub. 

3.5 bal gücündə qeydə alınan zəlzələ vilayət mərkəzində də hiss olunub. 

Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub. 

Zəlzələ nəticəsində Kolbaşı kəndində dağıntı olub-olmaması barədə məlumat verilməyib. 

ANS PRESS 

3 aprel 2014
GO BACK