Qadin.NET / Alma həyat fəaliyyətini gücləndirir

Alma həyat fəaliyyətini gücləndirir

Alma həyat fəaliyyətini gücləndirir

Bədənin sağlam qalması üçün hər gün alma yemək lazımdır. Ayovadan olan alimlər məhz belə qəmaətə gəliblər. Bu barədə Trend "Utro.ru"ya istinadən yazır.

Tədqiqat göstərib ki, alma əzələ atrofiyasından, yəni yaşlandıqca insan bədəninin əzələ kütləsinin itirilməsindən müalicə olunmaq üçün ən yaxşı vasitədir. Əzələ atrofiyası bir sıra ciddi problemlərlə müşayiət olunur, lakin indiyədək onun müalicəsi üçün dərman tapılmayıb.

Alimlər almanın qabığında zəruri komponent aşkar ediblər. Bu maddə ursul turşusu adlanır. Siçanlar üzərində aparılan təcrübə göstərib ki, o, əzələ kütləsinin 15 faizdən çox artmasına kömək edir.

Almanın özünə gəldikdə isə o, qanda şəkərin, zərərli yağ turşularının və xolesterinin azalmasına kömək edir. Bundan əlavə, alimlərin fikrincə, öz təbii xüsusiyyəti sayəsində bu meyvə diabet zamanı da kömək edir.

trend.az

3 aprel 2014
GO BACK