Yeni "2014-2020-ci illərdə Azərbaycanda informasiya cəmiyyətinin inkişafı üzrə milli strategiya"nın reallaşdırılması respublikada İKT sektorunun inkişafına yönəlmiş yeni dövlət proqramının qəbul edilməsi ilə müşayiət olunacaq.
Bu barədə cümə axşamı Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin baş məsləhətçisi Etibar Umudovbildirib.
Onun sözlərinə görə, dövlət proqramının əsas hədəfi milli strategiyada müəyyən edilən və İKT sektorunun payının artırılmasına yönələn vəzifələrin reallaşdırılması olacaq. Bundan əlavə, sənəddə qarşıdakı layihələrin reallaşdırılmasının təşkilati və iqtisadi mexanizmləri açılır: "Onların arasında informasiya cəmiyyətinin formalaşdırılması, vətəndaş cəmiyyətinin və dövlətin davamlı inkişafı üçün İKT-nin üstünlüklərindən səmərəli istifadə, dövlətin idarə edilməsində İKT sektorunun payının artırılması, infrastrukturun genişləndirilməsi və göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin, əhaliyə göstərilən sosial və təhsil, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, ixracyönümlü məhsulların istehsalı infrastrukturunun yaradılması, elektron hökumət xidmətlərinin və digər sahələrin genişləndirilməsi var".
Strategiya İKT sektorunun maliyyələşdirilməsinin əsaslarını ehtiva edir ki, bu da müxtəlif sahələrdə layihələrin inkişafı üçün vəsaitlərdən rasional istifadəyə imkan yaradacaq, həmçinin şəffaflığı və onların istifadəsinin məqsədli istiqamətini artıracaq.
Milli.Az