Qadin.NET / Bakıda hava şəraiti kəskin dəyişəcək, ölkəyə qar yağacaq

Bakıda hava şəraiti kəskin dəyişəcək, ölkəyə qar yağacaq



Bugün Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacaq. 


Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Məlumata görə, Bakı və Abşeron yarımadasında aprelin 3-də buludlu hava şəraiti üstünlük təşkil ediləcək. Axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 3-də yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında aprelin 3-də havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlıq ərazilərdə isə gecə və gündüz 0-5 dərəcə isti olacaq.

Bu cür hava şəraiti aprelin 4-ü günortaya kimi davam edəcək.

Milli.Az

3 aprel 2014
GO BACK