Görmə əlillərinin eşitmə qabiliyyətlərinin inkişaf etdiyi bilinən bir gerçəkdir ancaq edilən bir araşdırmada yalnız bir həftə boyunca qaranlıqda yaşamaq belə eşitmə duyğusunu inkişaf etdirdiyini göstərir.
ABŞ-dakı Con Hopkins Universitetindən ekspertlərin bir həftə boyunca qaranlıqda saxladıqları siçanların beynindəki eşitmə ilə əlaqəli bölgələrində inkişaf olduğu təyin olundu. John Hopkins Universitetindən sinir elmi mütəxəssisi Hey-Kyoung Lee "Araşdırmanın ən əhəmiyyətli nəticəsi bir duyğunun itirilməsi digər bir duyğusunu inkişafını artırır. Bu təcrübədə görmə duyğusunun itkisi eşitmə duyğusunu artırdı.Bu normalda yetkinlərdə edilməsi çox çətin bir şeydir. "Dedi.
Məşqlərlə eşitmə duyğusu inkişaf etdirilə bilər:
Araşdırma nəticəsini izah edən Maryland Universitetindən bioloq Patrick Kanold, "İnsanlarda eşitmə duyğusunun artması üçün neçə gün qaranlıqda qalınması lazım olduğunu bilmirik, amma insanlarda duyğu problemi yaşayanlarda bu problemi həll etmək üçün çoxlu duyğu məşqləri edilə bilər. Bu sayədə də koklear implantlarıyla eşitmə problemi həll edilə bilməyən xəstələrdə inkişaf təmin edilə bilər. "
Araşdırma Neuron adlı elmi jurnalda nəşr olundu və Milli Sağlamlıq İnstitutu tərəfindən maliyyələşdirildi.
Araşdırma Neuron adlı elmi jurnalda nəşr olundu və Milli Sağlamlıq İnstitutu tərəfindən maliyyələşdirildi.