Flurry analitik şirkətinin məlumatına əsasən, Android və iOS platformasının Şimali Amerikalı istifadəçiləri qurğulardan istifadə vaxtının 86 faizini müxtəlif oyun və tətbiqlərə sərf edirlər.
TheNextWeb.com portalı yazır ki, bu, bir saat 19 dəqiqə təşkil edir. İstifadəçilər vaxtının 14 faizini (22 dəqiqə) brauzerdə keçirirlər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğulardan istifadə vaxtının 4 faizi YouTubeun payına düşür.
Mobil brauzerlər arasında istifadə vaxtına görə lider 7 faiz göstəriciyə malik Apple Safari olub. İkinci yerdə qərarlaşmış Google Chrome brauzerində bu göstərici 5 faiz olub.
Mənbə: Milli.Az