NASA, Messenger adını verdiyi kosmos vasitəsiylə apardığı araşdırma nəticəsində Merkuri planeti haqqında yeni məlumatlara çatdı. Günəşə ən yaxın və ən kiçik planet olan Merkurinin fərqli bucaqlardan yüksək keyfiyyətli görünüşləri əldə edildi.
Şəkillər nəticəsində Merkurinin diametrinin son 4 milyard il içində 7 kilometr kiçildiyi açıqlandı. Bu rəqəm elm adamlarının daha əvvəlki proqnozlarının nəticəsindən daha böyük bir kiçilmə nəzərdə tutur. Bu kiçilməyə səbəb planetin daxili quruluşunu meydana gətirən metal və qayaların gedərək soyuması göstərilir.
Merkuridən yollanan ilk kosmos raketi Mariner 10 1974-75 illəri arasında planet səthinin yalnız yüzdə 45-ini görüntüləyəbilmişdi. Messenger isə 2011-ci ildə Merkurinin orbitinə yerləşdirildi.