Qadin.NET / Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir

Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir

 

Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir


Keniyadakı Amboseli Milli Parkında yaşayan Afrika fillərinə müxtəlif səs yazılarını dinlədən elm adamları, fillərin uşaq və yetkin, kişi və qadın səslərinə, fərqli qəbilələrdən olan kəslərin səslərinə isə dəyişik reaksiyalar verdiyini təyin etdi.
Fillərə bölgədə yaşayan Masai və Kamban tayfalarından kişi, qadın və uşaqların səslərini dinlətdirən araşdırmacılar, fillərin heyvandarlıqla məşğul olan Masai qəbiləsindən yetkin kişilərin səsini eşidincə qorxduqlarını, qaçmağa çalışdıqlarını müşahidə ediblər.
Əkinçiliklə məşğul olan Kamban tayfası kişilərinə eyni reaksiyanı verməyən fillərin, Masai kişilərindən qaçmaq üçün çıxardıqları səsləri diqqətlə dinlədiyi sanılır.
Araşdırmanı idarə edən Sussex Universitetindən Prof. Karen MCCOMB və Dr. Graeme Shannon, fillərin digər heyvanların səslərinə də həssas olduğunu, bir aslanın kükrəməsindən dişi yoxsa təhlükəli bir erkək aslan olduğunu anlaya bildiyini ifadə etdi. Prof. MCCOMB, fillərin insanları qoxularından da seçə bildiyini vurğuladı.
Emory Universitetindən Frans van der Waal da "İnsanları son əsrdə qarşı-qarşıya qaldıqları ən təhlükəli təcavüzkar olaraq qəbul edən fillər, insanlara qarşı özlərini qorumağa çalışır" dedi.
Araşdırma, "Proceedings of the National Academy of Sciences" jurnalındada nümayiş olundu.
Afrika filləri, dünya üzərində yaşayan ən böyük quru canlıları olaraq qəbul edilir. Ekvador bölgəsindəki meşələrdə yaşayan Afrika filləri, iri bədənləri və yumru qulaqları ilə digər fil növlərindən ayırd edilir.

 

2 aprel 2014
GO BACK