Qadin.NET / Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir

Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir

Ötən il Azərbaycana 2 508 000 nəfərə yaxın turist gəlib.

 

Həmin şəxslərin arasında Azərbaycanda təhsil alan və işləyən xarici ölkə vətəndaşlarının da olması nəzərə alınarsa, ölkəyə gələn turistlərin sayı 2 mln. 400 min nəfər təşkil edib.


"APA-Economics"in xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün keçirilən mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, Azərbaycana gələn turistlər əsasən İpək Yolu boyunca olan rayonlara üstünlük verirlər: "Əcnəbilər Şəki, Zaqatala, Balakən, Quba, Qusar, Qəbələ və s. rayonları daha çox ziyarət edirlər. Bundan başqa, Lənkəran, Lerik kimi cənub şəhərləri də onların maraq dairəsinə daxildir".


Azərbaycanda bir həftəlik istirahətin qiymətlərinə toxunan A.İsmiyev bildirib ki, bir turist üçün bu, təxminən 700-800 dollar təşkil edir. O, son vaxtlar ölkədə 3 ulduzlu hotellərin sayının artdığını bildirib.

lent.az

2 aprel 2014
GO BACK