Qadin.NET / NATO Rusiya ətrafında həlqəni daraldır

NATO Rusiya ətrafında həlqəni daraldır

 

NATO Rusiya ətrafında həlqəni daraldır


NATO Rusiyanın Ukraynaya qarşı ola biləcək hərbi müdaxiləsinin qarşısını almaq üçün Şərqi Avropada olan qüvvələrini gücləndirmək niyyətindədir. 

ANS PRESS-in məlumatına görə, bu barədə NATO ölkələrinin xarici işlər nazirləri açıqlama veriblər. Qeyd edilib ki, bu qərarla İttifaq Rusiya ilə hər bir praktik və hərbi əməkdaşlığı dayandırmaq qərarına gəlib. 

NATO-nun baş katibi Anders Foq Rasmussen mətbuat konfransında bildirib ki, Rusiya öz hərəkətləri ilə İttifaqın inşa etdiyi əsasları sarsıtmaq niyyətindədir. Onun sözlərinə görə, NATO bunu nəzərə alaraq Rusiya ilə heç bir əməkdaşlıq etməyəcək.

İttifaq Suriyadan kimyəvi silahları çıxardan Rusiya gəmilərinin mühafizə dəstəsinin xidmətini də dayandırmaq niyyətindədir. Alyans eyni zamanda Rusiya rəsmi şəxsləri ilə keçirilən görüşləri də ləğv edəcək.

NATO-nun baş katibi Rasmussen öz çıxışında vurğulayıb ki, İttifaq diplomatik müzakirələr üçün açıq qapı qoyub. O qeyd edib ki, Rusiyayla narkotiklə mübarizə və Əfqanıstanda başqa layihələr üzrə əməkdaşlıq davam edəcək.

 

Mənbə
ANS PRESS
 

2 aprel 2014
GO BACK