Qadin.NET / Cəhənnəm göydə imiş?

Cəhənnəm göydə imiş?



1973-cü ilin avqust ayının 9-da “Skayleb-2” kosmik gəmisinin bortundan ötürülən xəbər ABŞ-ın Kosmik Tədqiqatlar Laboratoriyasının bütün əməkdaşlarını heyrətə saldı. Anspress-in məlumatına görə, məlumatda deyilirdi: “Cəhənnəm Günəşin ortasında yerləşir. 

"Biz ölülərin necə yandığını görürük. Biz cəhənnəmi görürük”. Əlaqə bir neçə saniyəyə kəsildi, sonra isə Yerin göydəki qasidləri kosmik məkandan uçuş üçün çox adi olan məlumatlar ötürməyə başladılar - bundan əvvəlki heyrətamiz xəbər isə elə bil heç olmamışdı.

NASA mütəxəssisləri düz 16 il bu xəbər haqda yayılan bütün söz-söhbətləri təkzib etdilər. Amma 1985-ci ildə Amerikada nəşr olunan “Bəşəri elm” jurnalı bu sirrin pərdəsini qaldırdı. “Skayleb-2” kosmik gəmisindəki heyətin ötürdüyü xəbər dərc olundu və insanları dəhşətə gətirdi.

1978-ci ilin avqustunda kosmik gəmidə fəzaya qalxan astronavtlar öz tədqiqatlarına başladılar. Tədqiqat zamanı səmada çox güclü bir partlayış baş verdi. Od kürəsinin dərinliyindən 800 min kilometr yuxarıya doğru helium sütunu qalxdı.

Və sonra qatı qaz axını gördüklərindən dəhşətə gəlmiş seyrçilərin gözü qarşısında qəfil dondu. Düz 70 saniyə kosmik qurğu fəzadakı dəhşətli görüntünü qeydə alırdı: bu odlu sütunda əbədi alovun işgəncə verdiyi yüz minlərlə əzablı insan üzü peyda oldu. 

Əvvəlcə astronavtlar fikirləşdilər ki, bu sadəcə qarabasmadır, amma insan üzləri o qədər dəqiq görünürdü ki… Astronavtlar ateistlərin mövcudluğuna inanmadıqları cəhənnəmi görürdülər!

Hal-hazırda amerikalıların əldə etdikləri bütün məlumatlar diqqətlə tədqiq olunur...Və bir çox şey gizli saxlanılır.

Milli.Az


2 aprel 2014
GO BACK