Qadin.NET / Gülümsəmək həyat keyfiyyətini artırır

Gülümsəmək həyat keyfiyyətini artırır

Gülümsəmək həyat keyfiyyətini artırır

Bir çox elm adamları pozitiv yaşam tərzinin həyatı daha da asanlaşdırdığını vurğulayırlar.

Neqativ əhval-ruhiyyə adrenalin deməkdir, adrenalin isə stres və sıxıntı. Həddən çox stresin isə bədənin və ömrün ən böyük düşməni olduğu aydındır.

Trend Türkiyənin "Zaman" qəzetinə istinadən xəbər verir ki, türkiyəli psixoloq Kutay Ürkmən insanların baxışının neqativdən pzoitivə çevrilməsi ilə bədənin hormon ifrazının da dəyişdiyini bildirir.

Psixoloqun fikrincə, mənfi əhval-ruhiyyədə olan bədən "təhlükədəsən, təhdid altındasan, diqqət" demək üçün adrenalin toplayır, müsbət əhvalda isə "hər şey qaydasındadır, rahat ol" demək üçün endorfin - yəni xoşbəxtlik hormonu ifraz edir.

K.Ürkmənin sözlərinə görə, xoşbəxtlik hormonunun yaranması üçün gülməyi öyrənmək və gülüşün insan orqanizminə əvəzedilməz təsirini tez-tez xatırlamaq vacibdir.

Gülümsəmənin ən xərcsiz hədiyyə olduğunu söyləyən psixoloq bu tövsiyələri verir: "Gülümsəmək həyat keyfiyyətini artırır. İnsanın gülümsəməyi unutması ilə gündəlik həyatda yaşadığı stres daha təsirli hal alacaq. Səmimi təbəssüm münasibətlərinizin daha səmimi və inandırıcı olmasına təsir edər. Süni gülümsəmə belə, insanlara qaşqabaqlı olmaqdan daha yaxşı təsir bağışlayar".

trend.az

2 aprel 2014
GO BACK